Modern.az

Ukrayna hökuməti istefaya getmədi

Ukrayna hökuməti istefaya getmədi

3 Dekabr 2013, 16:09

Baş nazir Nikolay Azarov da daxil olmaqla Ukrayna hökumətinin üzvləri Ali Radaya gəliblər. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, deputatlar Nazirlər Kabinetinin istefası məsələsini n müzakirəsinə israrlıdırlar. Baş nazir isə əvvəlcə ötən həftənin şənbə günü milisin etiraz aksiyası iştirakçılarına qarşı hərəkətinə görə üzr istəyib. Bundan əlavə, o qeyd edib ki, hakimiyyət milisdən mitinq iştirakçılarına qarşı güc tətbiq etməməyi xahiş edib. Baş nazirin sözlərinə görə, bütün günahkarlar cəzalanacaqlar.

Sonra hökumətin istefaya göndərilməsi məsələsi səsə qoyulub. 186 deputat lehinə səs verib , istefa üçün isə 226 səs lazımdır. Nazirlər Kabinetinin istefası lehinə səs verənlərin 90 nəfəri “Batkivşina” fraksiyasının, 42-si UDAR fraksiyasının nümayəndələri, 36 nəfəri isə “Azadlıq” fraksiyasının deputatları olublar. Regionlar və Kommunist partiyaları Azarovun kabinetinin  istefası ilə bağlı səsvermədə iştirakdan imtina ediblər.

 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?