Modern.az

Məşhur məşqçi vəfat edib

Məşhur məşqçi vəfat edib

İdman

26 Avqust 2024, 16:43

Tanınmış isveçli futbol məşqçisi Sven-Yoran Eriksson vəfat edib.

Modern.az xəbər verir ki, təcrübəli mütəxəssis 76 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Sven-Yoran Eriksson “Roma”, “Fiorentina”  “Mançester Siti”, "Latsio", "Benfika", "Lester", "Sampdoriya" klublarını çalışdırıb.

Bundan başqa o, İngiltərə, Meksika, Fil dişi Salihi, Filippin millilərinin baş məşqçisi işləyib. Eriksson ən böyük uğurunu "Latsio"nun baş məşqçisi kimi əldə edib. Onunla klub tarixində 2-ci İtaliya çempionluğunu, eləcə də 2 İtaliya kubokunu qazanıb. Onun son iş yeri Filippin millisi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?