Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının baş müəllimi Əmiraslan Manafov vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Əmiraslan Manafov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Əmiraslan Manafov 1995-2007-ci illərdə AzTU-nun Elektrik enerji təchizatı və izolyasiya kafedrasında tədris ustası vəzifəsində çalışıb. 2015-ci ildən fəaliyyətini Elektrotexnika kafedrasında baş müəllim vəzifəsində davam etdirib.
Allah rəhmət edləsin.