Modern.az

Abşeron rayonunun keçmiş polis rəisinə 13 il iş verildi

Abşeron rayonunun keçmiş polis rəisinə 13 il iş verildi

7 May 2010, 13:27

Bu gün Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmədə Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyevin məhkəməsi yekunlaşıb və o, 13 il müddətinə azadlıqdan məhrum edilib. M.Əliyev qəsdən adam öldürmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə (terror aktı) hazırlıq görmə, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə,  hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama cinayətləri üzrə təqsirləndirilib. M.Əliyev ağır cinayətlərdə ittiham olunaraq, məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyatçısı Hacı Məmmədovun ifadəsi əsasında həbs edilib. M. Əliyev 1994-1995-ci illərdə hakimiyyəti ələ keçirmək məqsədilə planlaşdırılmış sui-qəsdlərin qarşısı alındıqdan sonra, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə xarici dövlətlərdən birinin ərazisində gizlənib. Ayaz Mütəllibov, Şahin Musayev, Rəhim Qazıyev, Elçin Əmiraslanov və başqa şəxslərlə əvvəlcədən danışaraq, cinayət əlaqəsinə girib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır