Modern.az

Obamanın dayısını ABŞ-dan deportasiya etmədilər

Obamanın dayısını ABŞ-dan deportasiya etmədilər

4 Dekabr 2013, 10:26

Boston məhkəməsi ABŞ prezidenti Barak Obamanın dayısı Onyanqo Obamanın ölkədə qalması və qrin-kart (pasport) almasına razılıq verib. Modern.az  saytı xarici KİV-ə istinadən bildirir ki, dövlət başçısının on illərlə qeyri-leqal yaşadıqları qohumları deportasiya təhlükəsi ilə üzləşmişdilər.

69 yaşlı Onyanqo Obama Keniyadan ABŞ-a 1969-cu ildə oxumaq üçün gəlib və 1970-ci illərin əvvəllərində bu ölkəni tərk etməli idi. Amerika hökuməti dəfələrlə onun deportasiyası haqda qərar qəbul etsə də, buna əməl etməyib. KİV Obamanın dayısı haqda 2011-ci ildə xəbər tutub, həmin vaxt o içkili vəziyyətdə polis maşınına soxulub. Barak Obama isə iddia edib ki, heç vaxt dayısı ilə rastlaşmayıb. Amma dayısı ABŞ prezidentinin tələbəlik illərində bir neçə həftə onun yanında yaşadığını iddia edib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir