Modern.az

Regional Təhsil İdarəsi nazirliyi məhkəməyə VERDİ

Regional Təhsil İdarəsi nazirliyi məhkəməyə VERDİ

Aktual

30 Avqust 2024, 13:56

Qazax-Tovuz Regional Təhsil İdarəsi məhkəməyə müraciət edib.

 

Modern.az xəbər verir ki, adı çəkilən regional təhsil İdarəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarından şikayət edib.

 

Nazirlik Qazax-Tovuz Regional Təhsil İdarəsini İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsini (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) pozmaqda ittiham edib.

 

Təhsil idarəsi isə bu ittihama qarışılıq verərək, nazirliyi məhkəməyə verib.

 

İşə Şəmkir rayon Məhkəməsində hakim Həvayət Məhəmmədinin sədrliyi ilə baxılacaq.

 

Sizə yeni x var
Keçid et
İcra başçıları nəzarətdə - Ölkə üzrə geniş əməliyyat başlayır