Modern.az

Ukraynada dünya çempionu həlak oldu 

Ukraynada dünya çempionu həlak oldu 

31 Avqust 2024, 23:13

28 yaşlı kikboksçu, dünya çempionu, Ukraynanın əməkdar idman ustası Roman Qolovatyuk döyüşlər zamanı həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna İdman Komitəsi məlumat yayıb.

 

“Ukraynanı rus işğalçılarından müdafiə edən məşhur idmançı, Ukraynanın əməkdar idman ustası Roman Qolovatyuk dünyasını dəyişib. Sentyabrda onun 29 yaşı tamam olacaqdı”, - açıqlamada deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?