Modern.az

Ankarada Qarabağla bağlı beynəlxalq konfrans keçiriləcək

Ankarada Qarabağla bağlı beynəlxalq konfrans keçiriləcək

7 May 2010, 14:38

Modern.az saytı xəbər verir ki, mayın 29-da Ankara şəhərində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən həyata keçirilən (ATXƏM) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Dağlıq Qarabağ probleminin həllində Türkdilli Dövlətlərin ictimai və diaspor təşkilatlarının dəstəyinin artırılması” layihəsi çərçivəsində beynəlxalq konfrans olacaq.

 

Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi (TürkSAM) ilə birgə keçiriləcək beynəlxalq konfransın daha effektli alınması üçün Avropada fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatları da dəvət olunub.

 

Konfransda Türkiyə-Ermənistan arasında imzalanan protokollardan sonra regionda baş verən geo-siyasi vəziyyət müzakirə olunacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin daim diqqətdə saxlanması üçün Türkdilli ölkələrin QHT-lərindən ibarət işçi qrupu yaradılacaq.

 

TürkSAM başkanı Sinan Oğan bildirib ki, Azərbaycan və Türkiyə QHT-ləri arasında bu səviyyədə beynalxalq konfrans ilk dəfədir ki, belə bir formatda baş tutacaq. Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir