Modern.az

Elmar Məmmədyarov Kiyevə getdi

Elmar Məmmədyarov Kiyevə getdi

4 Dekabr 2013, 20:56
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Kiyev şəhərinə yola düşüb. Xarici İşlər Nazirliyinin  saytında yayımlanmış məlumata görə, səfərdə məqsəd sabah Kiyevdə keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etməkdir.

Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri planlaşdırılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır