Modern.az

REAL-ın namizədi MSK-nı məhkəməyə verdi

REAL-ın namizədi MSK-nı məhkəməyə verdi

Ölkə

2 Sentyabr 2024, 16:00

Real Partiyasının 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizədi Mahmud Mahmudov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib.

 

Modern.az xəbər verir ki, namizəd seçki (referendum) hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

İşə Pərviz Hüseynovun sədrlik etdiyi hakimlər heyəti tərəfindən baxılacaq.

 

Qeyd edək ki, şifahi məhkəmə baxışı, bu gün saat 17:00-a təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir