Modern.az

Nazirlər Kabinetindən bayram günlərinin sayı ilə bağlı AÇIQLAMA

Nazirlər Kabinetindən bayram günlərinin sayı ilə bağlı AÇIQLAMA

Aktual

5 Dekabr 2013, 15:18

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı bir həftə qeyri-iş günün olacağı hələ ki məlum deyil. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Modern.az saytına bildirib ki, hələlik bununla bağlı rəsmi sənəd yaymayıblar.

“Əmək Məcəlləsinə görə, dekabrın 31-dən yanvarın 2-nə kimi qeyri-iş günüdür. Məcəllədə dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi, yanvar ayının ilk iki günü isə Yeni il bayramı kimi qeyri-iş günü elan olunub. Amma bu il neçə gün qeyri-iş günü olacağı ilə bağlı hələ rəsmi qərar yoxdur”.

Qeyd edək ki, mətbuat bayramlarla əlaqədar bir həftə - dekabrına 29-dan yanvarın 4-nə kimi qeyri-iş gününün olacağı haqda xəbərlər yayıb. Akif Əli həmin xəbərləri mətbuatın onlarla dəqiqləşdirmədən yazdığını qeyd edib.  

Gültəkin ƏLƏSGƏR     

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı