Modern.az

Rus kəşfiyyatı : “Hitler tapança ilə deyil, zəhər içərək ölüb”

Rus kəşfiyyatı : “Hitler tapança ilə deyil, zəhər içərək ölüb”

Təhsil

7 May 2010, 16:53

Son dönəmlərə qədər faşist Almaniyasının qurucusu Adolf Hitlerin sovet ordusunun Berlinə daxil olmasından  sonra tapança ilə intihar etdiyi bildirilirdi. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Hitlerin son günlərinin əks olunduğu bir sıra hərbi filmlərdə də onun tapança ilə intihar etməsi səhnələri verilir. Lakin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxivlər İdarəsi bu cür məlumatları təkzib edir. İdarənin rəisi Vasili Xristoforov nasist  liderinin zəhər içərək öldüyünü  bildirib. O, Hitlerin bir əsgər kimi özünü tapança ilə güllələməsinə dair son dövrlərə qədər yayılan məlumatları tam alt-üst edib. Onun sözlərinə görə, Hitler məhz zəhər içərək ölüb.

 

Qələbənin 65-ci ildönümünə 2 gün qalmış FTX Hitlerin son anlarına dair bəzi məxfi materialları açıqlayıb. 1945-ci  il aprelin 28-ə kimi Hitler bunkerdə olub. Bunu aprelin 30-da Berlin küçələrindən birində həbs olunmuş Hitlerin şəxsi müşaviri Paul Marzers sonradan təsdiq edib. Onun sözlərinə görə, Hitlerin cangüdəni Erik Haberman fürerin zəhər içərək öldüyünü deyib. Məxfi məlumatlarda qeyd olunur ki, sovet kəşfiyyatı mayın 5-də Hitlerin bunkerinə yaxın ərazidə nasist lideri və onun arvadı Eva Braunun yandırılmış cəsədini aşkar edib. Yaradılmış hərbi ekspertiza  komissiyası  Hitlerin bədənində hər hansı ölümcül xəstəlik əlaməti və ya güllə   yarası aşkar etməyib. Onun ağız boşluğunda əzilmiş şüşə ampula tapılıb. Sovet əsgərinin təqibindən qaça bilər nasist caniləri müharibədən sonra Hitlerin bunkerdə bir əsgər kimi ölməsinə dair bəyanatlar veriblər. Lakin məxfi materiallar sübut edir ki, Hitler bir əsgər kimi başına tapança sıxmayıb.

Hitlerin ölməsi  barədə məlumat ilk növbədə Stalinə çatdırılıb. Məxfi materiallar hazırda Moskvada saxlanan Hitlerin çənə sümüyünün də nasisit liderinə ald olmasını təsdiqləyir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir