Modern.az

Məmmədyarov Davudoğlu ilə razılığa gəldi

Məmmədyarov Davudoğlu ilə razılığa gəldi

5 Dekabr 2013, 17:08

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Kiyevdə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. Modern.az saytı Türkiyə KİV-lərinə istinadən bildirir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı atılacaq gələcək addımların regionda sülhə və sabitliyin bərpasına yardımçı olacağını qeyd ediblər.

Davudoğlu ilə Məmmədyarov gələcəkdə də Türkiyə ilə Azərbaycanın qarşılıqlı əlaqələrinin tez-tez olması haqda razılığa gəliblər. Qeyd edək ki, bundan əvvəl Davudoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşündə Cənubi Qafqazda sülhə nail olunması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi