Modern.az

Səhiyyə Nazirliyində də müşavirə keçirilib

Səhiyyə Nazirliyində də müşavirə keçirilib

7 May 2010, 18:26

Son dövrlər aramsız yağan yağışlar, eyni zamanda, Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar respublikanın ayrı-ayrı şəhər və rayonlarında mürəkkəb vəziyyət yaranıb. Bir sıra ərazilərdə qrunt və yağış sularının yaratdığı fəsadların insanların sağlamlığına zərbə vurmaması üçün müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirilir.

Səhiyyə Nazirliyində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Modern.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindəın bildirilib. "Yaranmış vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinin təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb. Plana əsasən tibb mütəxəssisləri bütün təbii fəlakətlə üzləşən zonalara cəlb olunub, təcili və təxirəsalınmaz yardım maşınlarının və həkimlərin növbətçiliyi gücləndirilib. Bu işə eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də cəlb olunub. Təbii fəlakətlə üzləşən zonalarda dərman və bütün tibbi ləvazimatlarla təmin olunub. Ehtiyac olarsa əlavə mütəxəssislərin cəlb olunması üçün də xüsusi tapşırıqlar verilib"-deyə mətbuat xidmətindən bildirilib. Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir