Modern.az

Prezident rayonlardakı təbii fəlakətlə bağlı müşavirə keçirib

Prezident rayonlardakı təbii fəlakətlə bağlı müşavirə keçirib

Təhsil

7 May 2010, 18:34

Kür və Araz çaylarında bolsululuğun müşahidə olunması ilə əlaqədar respublikanın ayrı-ayrı şəhər və rayonlarında yaranmış mürəkkəb vəziyyət ölkə rəhbərliyinin ciddi narahatlığına səbəb olub. Yaranmış vəziyyətlə əlaqədar bu gün Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirib.

Modern.az  xəbər verir ki,  Prezident İlham Əliyev müşavirədə bildirib ki, ölkədə 40 rayonun ərazisində subasma hallarının baş verməsi nəticəsində 20 min ev su altında qalıb, 300-dən çox ev uçub, 2000 ev qəzalıdır, 50 min hektar əkin və örüş sahəsini su basıb.

Dövlət başçısı qeyd edib ki, Kürdə suyun səviyyəsinin kəskin şəkildə qalxması ilə əlaqədar mühafizə tədbirləri gücləndirilir, təbii fəlakətdən ziyan çəkən əhaliyə kömək göstərilir, onlar müvəqqəti məskunlaşdırılır və həmin şəxslərə müvafiq yardımlar edilir. İlham Əliyev xüsusi vurğulayıb ki, əgər Azərbaycan dövləti vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməsəydi, təbii fəlakətin nəticələri daha böyük və acınacaqlı olardı.

Dövlət başçısı yaxın 2 il üçün kompleks tədbirlər planın hazırlanması və tezliklə əlavə texnikaların alınması barədə də tapşırıq verib.

Dövlət başçısı təbii fəlakətdən ziyan çəkən əhaliyə müvafiq kompensasiya ödəniləcəyini, onlara hərtərəfli kömək göstəriləcəyini və həmin şəxslərin sosial problemlərinin həll olunacağını bildirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, kənd təsərrüfatı naziri İsmət Abasov, ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov Kürdə suyun səviyyəsinin qalxması ilə bağlı vəziyyət və təbi fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət başçısına məlumat veriblər.  

Prezident İlham Əliyev təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsini və kompleks tədbirlər planın hazırlanmasının sürətləndirilməsini tapşırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü