Modern.az

Gürcüstanda seçkilərdən əvvəl sınaq səsverməsi keçiriləcək

Gürcüstanda seçkilərdən əvvəl sınaq səsverməsi keçiriləcək

Dünya

9 Sentyabr 2024, 09:32

Sentyabrın 11-də Gürcüstan üzrə 598 seçki məntəqəsində parlament seçkiləri öncəsi sınaq səsverməsi keçiriləcək.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan MSK-dan bildiriblər.

 

Qeyd olunub ki, saat 11:00-dan 18:00-dək seçicilər səsvermə və sayma aparatlarının işi ilə şəxsən tanış olacaq, onlara bütün prosedurlar izah ediləcək, simulyasiya edilmiş seçkilərdə səs verə biləcəklər.

 

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib. Bu, ölkədəki seçki məntəqələrinin 90 faizində elektron səsvermə sistemindən istifadə edilməklə keçiriləcək ilk seçki olacaq.

 

Xatırladaq ki, ölkədə siyasi qüvvələr arasında seçkiqabağı vəziyyət olduqca gərgindir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?