Modern.az

Sabirabaddakı vəziyyət barədə rəsmi açıqlama

Sabirabaddakı vəziyyət barədə rəsmi açıqlama

7 May 2010, 19:06

Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi Kür çayının Sabirabadda yaratdığı təhlükəli vəziyyət barədə rəsmi açıqlama verib. Açıqlamada bildirilib ki, aramsız yağan yağışlar, eyni zamanda, Kür və Araz çaylarında yaranmış bolsululuq səbəbindən 7 may 2010-cu il tarixində səhərə yaxın Kür çayının Sabirabad rayonu ərazisində və Şirvan şəhərinin Bayramlı qəsəbəsi istiqamətində iki yerdə bəndlərdə dağılma baş verib.

"Nəticədə, Sabirabad rayonunun və Şirvan şəhərinin Bayramlı qəsəbəsinin bəzi ərazilərini su basmışdır. Su basmış ərazilərdən sakinlərin təhlükəsiz əraziyə təxliyyəsi həyata keçirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyi 1500 nəfər şəxsi heyəti və xeyli sayda texnikası ilə digər qurumlarla birlikdə hadisə rayonlarında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri işlər görür"-deyə nazirlik bəyan edib. Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir