Modern.az

“Müsavatın, AXCP-nin, Milli Şuranın qapısına gecə-gündüz qol vururam” - MÜSAHİBƏ

“Müsavatın, AXCP-nin, Milli Şuranın qapısına gecə-gündüz qol vururam” - MÜSAHİBƏ

Müsahibə

6 Dekabr 2013, 16:00

Modern.az saytı “Siyasət idman müstəvisində” adlı yeni layihəyə start verir. İlk qonağımız Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovdur.

-Siyavuş müəllim, bir çox həmkarlarınızın sevimli məşğuliyyəti var. Bildiyimizə görə, futbol da sizin sevdiyiniz idman növüdür.

- Təbii ki, futbolla da məşğulam. Eyni zamanda, uşaqlıqdan fərdi idmanla da məşğul olmuşam. İndi də bu idman növünü davam elətdirirəm. Qaçış, yüngül atletka, ağır atletika, üzməklə də məşğul oluram. Futbolla da həmçinin. Belə deyək də, idmanın bir çox növü ilə məşğul oluram.

Fərdi idman növünə üstünlük verirsiniz, yoxsa kollektiv idman növünə?

- Əvvəlcə fərdi idman növü ilə, daha doğrusu, sərbəst güləşlə məşğul olmuşam. Sərbəst güləş üzrə idman ustasıyam. Vaxtilə hərbi xidmətdə olanda SSRİ üzrə çempion olmuşam. İdmanla məşğul olduğuma görə, görürsən bəzən yazırlar ki, Siyavuş Novruzov idman institutunu bitirib. Amma mən idman institutunu birtirməmişəm. Fərdi qaydada bizim idmançılar idmanla necə məşğul olubsa, mən də elə...
Güləş üzrə idman ustası olmuşam. Amma sona qədər bu sahədə gedə bilmədim. Başımız qarışdı Azərbaycanın müstəqilliyinə, mübarizəyə. Buna görə də professional idmanın arxasınca getmədim. Təbii ki, getsəydim daha böyük nailiyyətlər əldə etmiş olardım. İndi isə yaşın o dövrü deyil. Bu səbəbdən az halda fərdi qaydada yadıma, düşəndə sərbəst güləşlə məşğul oluram. Qalan hallarda ümumi məşğul oluram. Arada tennis də oynayıram.

-Bütün dünyada futbolu idmanın siyasəti hesab edirlər. Siz bunu necə qiymətləndirirsiniz?

- Bilirsiniz, idmanla fərdi məşğul olmaq o deməkdir ki, fərdi məsuliyyətini, özün dərk edirsən, ona cavabdehlik də sənin üzərinə düşür. Komandada isə kollektiv məsuliyyətdən söhbət gedir. Burada iştirak edənlərin hər biri məsuliyyət daşımalıdır. Birinin məsuliyyətsizliyi, laqeydliyi nəticəsində komandaya nə qədər ziyan dəyə bilir. O baxımdan da kollektiv oyun fərdi oyundan çox-çox çətindir.

- Həm siyasətdə, həm də futbolda komandanız var. Maraqlıdır, futbolda Siyavuş Novruzovun tutduğu yer siyasətdə də eyni yerdir, yoxsa fərqi var? Məsələn, futbolda meydanın hansı tərəfində oynayırsınız və siyasətdə harda qərar tutmusunuz?

- O qədər də uzaq fərq yoxdu. Futbolda hücumda oynayıram, siyasətdə də həminki qaydada. İkisinin də yeri eynidir.

- Futbolda qol vura bilirsiniz?

- Əlbəttə vururam.

- Bəs siyasətdə necə?

- Siyasətdə vurduğum qolların sayı yoxdur. Müsavatın, AXCP-nın, Milli Şuranın qapısından gecə-gündüz qol keçirirəm.

- Sizin təmsil olunduğunuz komanda çox güclüdür ki, müxalifət zəif görünür, yoxsa məsələ nə ilə bağlıdır? Elə siz qol vurursunuz, sizə qol vurmurlar?

- Bilirsiniz necədi. Bizim komanda siyasətdə də, digər sahələrdə də güclü komandadır. Komandanın güclü olması üçün bir çox şərtlər lazımdı. Birinci ədalətlilik, ikincisi komandada islahatların aparılması lazımdır. Komanda cəmiyyətin problemlərini öyrənib onları həll etməlidir. Digər tərəf isə bu islahatlardan tamamailə uzaqdı. Elə bir tərkibdə qalıb. Tərkibdə heç bir dəyişiklik aparılmır. Bunun nəticəsi olaraq da olan oyunçular da yavaş-yavaş sıradan çıxmağa başlayır və nəticə etibarı ilə komanda zəifləyir. Bəzən siyasətdə belə bir söz deyirlər ki, “güclü iqtidarın güclü müxalifəti olur”. Bu söz özünü doğrultmur. Ona görə özünü doğrultmur ki, iqtidar güclüdür deyə, iqtidar özünə zorla müxalifət yarada bilməz. Müxalifət özü elə formalar, mexanizmlər tapmalıdır ki, formalaşsın. İqtidarın görmədiyi tərəfləri görsün və onu cəmiyyətə çatdırsın, alternativ layihələr hazırlasın, təqdim eləsin. Nəhayət, cəmiyyət onu qəbul eləsin, ona inansın. Bu olmayan halda iqtidar gedib müxalifətin əvəzinə hansısa layihələr hazırlayıb, onlara verib deyə bilməz ki, hə, gəlin siz də bir az güclənin. Ona görə də bu proses bu cür getməlidir. Onun üçün də mütləq digər komandada ciddi şəkildə islahat aparmaq lazımdır.
20-22 idən artıq bir komandada olan insanlar, istər-istəməz, təfəkkür köhnəlib, artıq siyasət bir peşə kimi yox, bir iş yeri kimi, ünsiyyət forması kimi, bir qazanc mənbəyi kimi seçilib. Orada güclü müxalifətin yaranması qeyri-mümkündür. İndi yeni nəsil formalaşır. Bəlkə gənclər tədricən bitmiş abu-havanı, ruhu qaytardılar. Hesab edirəm ki, köhnə fikirləri kənara qoyub, reallıqla razılaşıb, kənara çəkilib yeni nəslin yetişməsinə xidmət etsələr, Azərbaycan dövləti üçün, xalqımız üçün çox böyük iş görmüş olarlar. Dünyanin hər yerində iqtidar da, müxalifət də var. Normal mübarizə aparırlar. Lakin bu gün müəyyən adamlar var ki, onlar normal iqtidar-müxalifət münasibətlərini öz şəxsi ambisiyalarına görə düşmənçilik səviyyəsinə gətirirlər və insanları o ruhda, o tərbiyədə yetişdirirlər, o istiqamətdə hazırlayırlar. Bununla belə cəmiyyətimiz açıqdır. Açıq cəmiyətdə müəyyən dərəcədə baxırlar, görürlər ki, rəhbərlərinə inanıb gəliblər, amma o düzgün yolda deyil. Yavaş-yavaş başlayırlar QHT-lər vasitəsilə kənara çəkilməyə və başqa formada yollar axtarmağa. İnsan var ki müxalifətçilik onun daxilindən gəlir. İqtidarda olsa da yenə müxalifət olacaq.

- Siyavuş müəllim, belə anladıq ki, gecə-gündüz AXCP-nin və Müsavatın, eləcə də müxalifətin birliyi olan Milli Şuranın qapısından saysız toplar keçirirsiniz. Zəif komandanın qapısından qol keçirmək sizə zövq verirmi?

- Təbii ki, yox. Belə olanda adam getdikcə formanı itirir. Məsələ budur ki. Bizim zərbələrimizin hamısı qoldur.

- Rəqib komandanın topu tutmaqda çətinlik çəkməsinə nə səbəb ola bilər?

- Bunun cavabını verdim, islahatları yoxdur, ona görə…

- Qarşı tərəf də belə deyir ki, hakim üzgörənliklə oyunu idarə edir, ona ona görə sizin vurduğunuz zərbələr qol olur…

- Elə bir şey yoxdu. Hakim ikili standartla baxa bilmir. Yadıma gəlir ki, idmanla məşğul olan vaxt hərdən deyirdik ki, “hakim düz eləmədi, mən belə eləmişdim, o eləmədi”. Məşqçimiz vardı, bizə yaxşı dedi. “Rəqibini yıx yerə, ürəyi getsin. Hakim ona necə kömək edəcək?!”.

-Rəqib tərəfədən qiymətləndirdiyiniz kimsə varmı? Yoxsa ümumiyyətlə onlar oynaya bilmirlər?

-Müəyyən qədər bacaranları onlar tədricən daxilinə əridirlər. Əgər o tərkiblərə baxsanız, nə qədər insanlar ordan uzaqlaşıb, gediblər başqa-başqa partiyalara, təşkilatlara. Bu insanların xislətindən onlar dağılıb.

- Qarşı komandadan sizə transfer olunmaq üçün müraciət edən varmi?

- Çoxdu, transfer olunmaq istəyənlər üçün  növbədi.

- Bunu necə qarşılayırsınız?

- Normal qarşılayıram. Bu adam baxıb görür ki, orada perspektiv yoxdu, bu tərəfə keçir.

- Sizə elə gəlmir ki, biz komanda şəklində idman yarışlarında fərdi yarışlara nisbətən çox geridə qalırıq.

- Bunu bizə təlqin edirlər ki, guya biz kollektivdə zəifik, fərdidə başqa cürdü. Ola bilməz, əgər fərdi şəkildə güclüsənsə komandada da güclü olmalısan. Sadəcə komandanı yaxşı tərəfə aparan insan lazımdır. O güclərin hamısını cəmləsən, həmin gücləri lazımi istiqamətlərə yönəltsən və nəticə etibarı ilə o güc olursa, yumruq əmələ gəlir. Siyasətdə də bu var. İdmanda biz gərək elə bir adamı tapaq ki, bizim futbol komandamıza rəhbərlik eləsin. Ümumi baxımdan Azərbaycan komandasının irəli aparsın.

- Siyavuş müəllim, vurduğunuz qollardan bir-ikisini yada sala bilərsinizmi?
- O qədər olub ki. Hamısını sadalaya bilmərəm.

- Siz qol vurarkən ötürməni kimlər verir?

- Ötürmə verənlər əsasən oynadığım həmkarlarımdı.

- Siyasətdə “pas atanlar” necə?

- Siyasətdə ümumidir. Təbii ki, “pas atırlar” da, biz də “pas atırıq”. Nəticədə də qollar vururlar.

- Cəmiyyətdə sözə baxmayan adam kimi də tanınırsınız. Hakimin fitinə məhəl qoymadığınız vaxtlar olubmu?

- İndiyə qədər hakim tərəfindən mənə xəbərdarlıq olunmayıb.

- Qarşı tərəfdən sizə qarşı kobudluq, ən azı badalaq olubmu?

- Mənə qarşı oynayanlar oyun qaydalarını çox pozurlar. Kobudluq olur, amma mən kobudluq etmirəm. Həzrəti Əlinin gözəl bir sözü var. “Qaçanı qovmuram, gələnin qabağından qaçmıram”.

- Düşünmürsünüz ki, ən yaxşı qolunuzu vurmusunuz, yoxsa hələ vuracaqsınız?

- Ən yaxşı qolumu hələ vurmamışam, amma mütləq vuracağam.

 Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır