Modern.az

Konstitusiya dəyişikliklər paketi imzalanmaq üçün Gülə göndərildi

Konstitusiya dəyişikliklər paketi imzalanmaq üçün Gülə göndərildi

7 May 2010, 19:57

Türkiyədə Ana Yasa dəyişikliklər paketi təsdiqlənmək üçün Çankaya köşkünə prezident Abdullah Gülün təsdiqinə göndərildi. Modern.az türk mətbutına istinadən xəbər verir ki, Konstitusiya dəyişiklikləri  barədə qanun layihəsi artıq Gülün masasındadır. Məlumata görə, Türkiyə Böyük Millət Məclisində qəbul olunmuş təkliflər paketi spiker Mehmet Şahin tərəfindən Çankaya köşkünə təqdim olunub. Konstitusiyanın tələbinə uyğun olaraq, prezident Gül sənədi 15 gün ərzində imzalamalıdır.

Qeyd edək ki, prezident Gül qanun layihəsini bir daha gözdən keçirilməsi üçün parlamentə  qaytara bilər. Parlament geri göndərilən sənədi 32 səs çoxluğu ilə yenidən qəbul edərsə, onda Gül sənədi referenduma göndərə bilər.   

Mətbuatın yazdığına görə, prezident Gül artıq qanun layihəsinə münasibətini açıqlayıb. O, Ana  Yasa dəyişikliklər paketi barədə qərarını gecikdirməyəcəyini  bəyan edib.  “Mənim qəraramın gecikməyəcəyini zənn edirəm, təbii ki, biz yenə də gərəkli qiymətləndirməmizi edəcəyik”,-deyə Gül bildirib.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?