Modern.az

Erməni terror təşkilatlarının PKK ilə gizli anlaşması

Erməni terror təşkilatlarının PKK ilə gizli anlaşması

7 May 2010, 21:21

Türkiyədə Asılsız  Soyqrım İddialarıyla  Mübarizə Dərnəyinin (ASİMED) başçıss və Atatürk Univesitetinin tarixçi albmi doktor Savaş Əyilməz erməni terror təşkilatları ilə PKK terror təşkilatı arasında əlaqə olduğunu bəyan eldib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Əyilməz erməni terrorçularının PKK təşkilatına maliyyə dəstəyi göstərdiyini bildirib. “Ermənilər ilə PKK arasında əldə olunmuş bir razılaşmaya görə ermənilər PKK-nın hər bir üzvünə adambaşı 5 min dollar pul ödəyib”,-deyə Əyilməz deyib.  “Diaspora və terror təşkilatı” mövzusunda keçirilən konfransda çıxış edən Əyilməz erməni terror təşkilatlarının  yaranma tarixi və strukturu barədə danışıb.   Türk tarixindəki terror olaylarına toxunan Əyilməz Osmanlı dövründə ölkə ərazisində baş vermiş bütün terror aktlarının xaricdən təşkil olunduğunu  deyib.  O, “Hinçak” təşkilatının osmanlı vətəndaşı olmayan və Osmanlı torpaqlarında yaşamamış adamlar tərəfindən qurulduğnu, marksist və rus ermənilərindən təşkil olunduğunu bildirib.   Daşnakların erməni milliyyətçilərindən olan və marksist olmayan terror təşkilatı olduğunu diqqətə çatdıran Əyilməz Ermənistan Gizli Təşkilatı (ASALA) barədə də danışıb.

“ASALA İkinci Dünya savaşında gürcüləri və erməniləri qabağa verərək Türkiyədən torpaq tələb edən Stalinin siyasətini davam etdirib.  Stalindən sonra  Sovet İttifaqı gizlindən gizlinə terror təşkilatına dəstək vermiş və ASALA da bu dəstək əsasında üzə çıxmışdır. Ermənilərin ən önəmli tərror təşkilatlarından hesab olunur. Bu təşkilat gizlin, fərqli adlar altında fəaliyyət göstərmişdir.  Onlar Avropanın dəyişik ölkələrində  türk diplomatlarını öldürmüşlər”. Əyilməz PKK ilə erməni terror təşkilatlarının  mütəffiq olduğunu bildirib. Onun sözlərinə görə, PKK və ASALA 1980-ci ildə Livanda ortaq mətbuat konfransı keçirib. Sonda  terrorçu təşkilatlar  Türkiyə əleyhinə fəaliyyət planı qəbul ediblər. ASALA və PKK -nın Türkiyəyə qarşı çevrildiyini deyən Əyilməz “Ermənilər və  PKK  arasında bir anlaşma imzalanıb. Anlaşmaya görə, ermənilər PKK terror təşkilatı içərisində təlim fəaliyyətləri ilə məşğul olacaq. Hər bir erməni terrorçusuna görə PKK üzvünə  adambaşı 5 min dollar ödənməsi razılaşdırılıb. Razılaşmaya əsasən, ermənilər terror təşkilatına yardım göstərəcəklər. Türkiyədən qoparılan torpaqları isə öz aralarında bölüşdürəckdilər”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir