Modern.az

DÇı-2014: püşkatma oldu - QRUPLAR

DÇı-2014: püşkatma oldu - QRUPLAR

Aktual

6 Dekabr 2013, 23:58


Modern.az-ın məlumatına görə, bu gün Braziliyanın Mata-di-San-Juan şəhərində futbol üzrə 2014-cü il dünya çempionatının (DÇ) final mərhələsinin püşkü atılıb. Reqlamentə görə, çempionatın 32 iştirakçısı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb.

Püşkatmanın nəticələri belə olub:

A qrupu: Braziliya, Xorvatiya, Meksika, Kamerun

B qrupu: İspaniya, Niderland, Çili, Avstraliya

C qrupu: Kolumbiya, Yunanıstan, Kot d'İvuar, Yaponiya

D qrupu: Uruqvay, Kosta Rika, İngiltərə, İtaliya

E qrupu: İsveçrə, Ekvador, Fransa, Honduras

F qrupu: Argentina, Bosniya və Herseqovina, İran, Nigeriya

G qrupu: Almaniya, Portuqaliya, Qana, ABŞ

H qrupu: Belçika, Əlcəzair, Rusiya, Cənubi Koreya

Qeyd edək ki, gələn il Braziliyada DÇ-nin açılış oyunu iyunun 12-də, final matçı isə iyulun 13-də, Rio-de-Janeyroda şəhərindəki məşhur "Marakana" stadionunda keçiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir