Modern.az

Zərdabda Kürqırağı bəndləri bərkitmək üçün texnika çatışmır (fotolar)

Zərdabda Kürqırağı bəndləri bərkitmək üçün texnika çatışmır (fotolar)

Ölkə

8 May 2010, 19:04

Kürün yaratdığı daşqınlar nəticəsində Zərdabda vəziyyət gərgin olaraq. Yağan güclü leysan yağışları, Kür, Göyçay və Türyançay çaylarında suyun səviyyəsinin həddindən çox artması səbəbindən yaranan təbii fəlakətlə əlaqədar 884 həyəti su basıb, 34 ev tamamilə uçub, 74 ev qəzalı vəziyyətə düşüb, 34 evin sakinləri daha təhlükəsiz ərazilərə evakuasiya olunub, 2 sosial obyekti tamamilə su basıb, 2 körpü qəzalı vəziyyətə düşüb, 2000 hektar əkin sahəsi su altında qalıbr. Bənd bərkitmə işlərinə 7 traktor, 5 buldozer, 21 ədəd digər texnika cəlb olunub. Modern.az xəbər verir ki, bu məlumatı Zərdab rayon İcra Hakimiyyətindən veriblər.

Verilən məlumata görə, həyətlərdən suyun çəkilməsi üçün 130 su nasosundan istifadə olunur. İndiyədək rayonda aşağıdakı tədbirlər görülüb:
Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 ədəd su çəkən maşını, 16 ədəd su nasosu ayrılıb, 51 əsgər və zabit cəlb olunub. Nasoslar Gəlmə, Çallı, Əlibəyli kəndlərində və şəhər mərkəzində quraşdırılıb. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 8 ədəd əlavə texnika cəlb olunub. Şəhər mərkəzindən və digər kəndlərdən 26 ədəd əlavə texnika bənd bərkitmə işlərinə cəlb edilib. 30 ədəd çadır qurulub. Zərdab şəhər, Təzəkənd, Əlibəyli, Çallı, Alıcanlı, Xanməmmədli, Aşağı Seyidlər, Şəftəhal, Ağabağı, Allahqulubağı kəndləri ərazisində bənd bərkitmə işlərinə 3 200 nəfər cəlb olunmuş, şəhər mərkəzində və kəndlərdə bəndlərə 28 000 kisə torpaq vurulub. 

Bugünkü məlumata görə, Zərdabda Kür çayının səviyyəsi 3 sm, Türyançay çayının səviyyəsi 10 sm düşüb. Kür, Göyçay və Türyançay çaylarında bənd bərkitmə işlərinin aparılması məqsədilə “Əfqan” şirkətinin 4 ədəd texnikası və rəhbəri Məmmədov Nəsir Qədir oğlu rayondadır və Qaravəlli, Nəzəralılı, İsaqbağı kəndləri ərazisində işləyirlər.
“Azərsu” Birləşmiş Su Kanal MMC-nin sədri Etibar Məmmədov 10 ədəd su maşını və 18 nəfər heyətlə rayona gəlib. Bənd bərkitmə işlərinin aparılması məqsədilə “Azəryolservis” departamentinin sədr müavini Hüseyn Bayramov 14 nəfər şəxsi heyətlə rayona gəlib və 20 yük maşını, 2 ədəd ekskavatorla Şəftəhal, Aşağı Seyidlər və Mehdililər kəndləri ərazisində işləyir. “Əlibəyli” şirkətinin rəhbəri Abdurrəhmanov Cahangir Abdurrəhman oğlu rayona gəlib, 1 ədəd ekskavator və 20 000 kisə gətirib.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev təbii fəlakətlə əlaqədar rayona gəlib, əhalinin köçürüldüyü çadırlarda və Rayon Mərkəzi Xəstəxanasında olub. Otmanoba kəndində Rayon İHB-nın görüşü keçirilib. Vətəndaşlar həyətlərinin su içərisində olduğunu bildirib.
"Bəndin təhlükəli vəziyyətdə olduğu aşkarlanıb, bənd bərkitmə işlərinə ehtiyac duyulur. Kürətrafı kəndlərdə bəndlərə təhlükə yaradan evlərin sökülməsi barədə vətəndaşlara xəbərdarlıq edilməsinə baxmayaraq, əhali köçmür, müvafiq qurumların köməyinə ehtiyac var. Ağabağı kəndində transformator su içərisindədir, transformatorun yeri təxirəsalınmadan dəyişdirilməlidir. Ağabağı, Qaravəlli, Nəzəralılı kəndlərində mühafizə bəndlərində ciddi sızmalar var, köməyə və əhalinin, mal-qaranın köçürülməsinə ehtiyac var. Türyançay və Göyçay çaylarında hazırda təhlükə olmadığı üçün həmin ərazilərdə işləməsi nəzərdə tutulan “Əfqan” və “Əlibəyli” şirkətlərinin texnikaları Kür çayının mühafizə bəndinin möhkəmləndirilməsinə cəlb olunub"-deyə Zərdab rayon İcra Hakimiyyətindən bildirilib. O da qeyd edilib ki, hazırda Zərdabda 50-yə yaxın KAMAZ-a və digər markalı yük maşınlarına ehtiyac duyulur.

 

 

 

 

 


Modern.az



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü