Modern.az

Prezident İlham Əliyev Moskvaya gedib

Prezident İlham Əliyev Moskvaya gedib

8 May 2010, 19:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin dəvəti ilə Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün mayın 8-də Moskvaya işgüzar səfərə yola düşüb.
Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir