Modern.az

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının yeni Şura üzvləri seçilib

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının yeni Şura üzvləri seçilib

8 May 2010, 19:59

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası (VCDK) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Avropa hotelində 3-cü hesabat-seçki Yığıncağını (UY) keçirib. UY-da Koalisiyanın 54 üzvündən 47-si iştirak edib. Həmçinin UY-da ABŞ səfirliyinin nümayəndəsi, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi, Norveç Səfirliyi və bir sıra digər beynəlxalq, hökümət və yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümyəndələri iştirak ediblər.

Tədbirin gündəliyinə Şura kordinatorunun hesabatı, Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı Koalisiyanın qarşısında duran vəzifələr, VCDK-nın Əsasnaməsinə əlavə və dəyişikliklərin müzakirəsi, 2010-2013-cü illər üçün strateji planının müzakirə və təsdiqi, Şuraya və Monitorinq Qrupuna şeçkilər daxil olub.

Sədarətə Yadigar Məmmədli, Rufiz Qonaqov, Ruhəngiz Hüseynova, Rafail Becanov, katibliyə isə Rafiq Təmrazov və Nicat Dağlar seçildikdən sonra UY öz işinə başlayıb. Koalisiyanın kordinatoru Razi Nurullayevin VCDK-nın son bir ildə fəaliyyəti ilə bağlı hesabatını iştirakçılar müsbət qiymətləndiriblər. VCDK-nın Şura üzvü Oqtay Gülalıyev Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı Koalisiyanın qarşısında duran vəzifələrlə bağlı çıxış edib.

Ümumi Yığıncaqda VCDK Şurasının üzvlərinin 9-dan 11-ə qaldırılması təsdiq olunub və yeni tərkibi seçilib. Yeni tərkibə seçilən üzvlər bunlardır. Razi Nurullayev, Rufiz Qonaqov, Rafiq Təmrazov, Yadigar Məmmədli, Oqtay Gülalıyev, Ruhəngiz Hüseynova, İlqar Hüseynli, Salman Umudov, Rafail Becanov, Nicat Dağlar, Fikrət Cəfərov. Monitorinq qrupuna isə Könül Ağayeva, Sədrəddin Soltan, Kənan İbrahimov, Məmmədhəsən Həsənov, Nərgiz Nəbiyeva seçiliblər. 

UY-da Azərbaycan Respublikası prezidenti ilə vətəndaş cəmiyyəti üzvləri ilə görüş üçün müraciət olunması da qərara alınıb.

Bununla da Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının UY (VCDK) öz işini başa vurub.

 

Özündə 54 QHT-ni birləşdirən Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası (VCDK) 2007-ci ildə yaradılıb, Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinin araşdırılması, tədqiq olunması və həlli istiqamətində fəaliyyət göstərir.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu