Modern.az

BMT baş katibi dünya ictimaiyyətinə müraciət etdi

BMT baş katibi dünya ictimaiyyətinə müraciət etdi

10 Dekabr 2013, 11:20


10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür. BMT baş katibi Pan Gi Mun bu günlə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.
O, qeyd edib ki, builki Ümumdünya İnsan Hüquqları Günü İnsan Hüquqları üzrə Beynəlxalq Konfransı qüvvəyə minən Vyana Bəyannaməsi və Fəaliyyət Proqramı kimi hər kəs üçün hüquqların gerçəkləşməsi istiqamətində aparılmış mübarizənin 20 illiyini də qeyd edir. 800-dən artıq qeyri-hökumət təşkilatının, milli qurumların, saziş tərəfləri və elmi-tədqiqat mərkəzlərinin iştirakından bəhrələnən üzv-dövlətlər gələcəyə uzunmüddətli baxış qəbul edərək İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK) təsis etmiş və bununla da beynəlxalq ictimaiyyətin çoxdankı arzularından birini reallığa çevirmişlər.
Müraciətdə daha sonra deyilir:

“BMT İHAK-ın mövcud olduğu iki onillik ərzində beş əzmkar Ali Komissar insan hüquqlarının qlobal səviyyədə təmin edilməsi işində BMT fəaliyyətinin önündə durmuşlar. Hüquq normaları və mexanizmlərinin geniş şəbəkəsi vasitəsilə BMT İHAK qurbanların hüquqlarını müdafiə edir, Dövlətləri öz öhdəliklərinə əməl etməyə sövq edir, insan hüquqları mütəxəssislərini və təşkilatlarını dəstəkləyir və 61 ölkədə fəaliyyəti ilə Dövlətlərə insan hüquqları üzrə potensialın inkişafında yardım göstərir.

İnsan hüquqlarının təşviqi BMT-nin təməl məqsədlərindən biridir və Təşkilat təsis olunduğu gündən bu missiyasını davam etdirmişdir. Bu gün uğurun əsas şərti Üzv-dövlətlərin siyasi iradəsinin olmasıdır. Hər şeydən əvvəl insan hüquqlarının müdafiəsi və milli səviyyədə zorakılığın qarşısının alınmasında, eləcə də digər Dövlətlər bu vəzifələri yerinə yetirməyə qadir olmadıqda onları müdafiə etməyə Dövlət öhdəlik daşıyır.  Bu heç də hər zaman asan olmur. Biz ötən 20 il ərzində genosid və beynəlxalq insan hüquqları və humanitar hüquq sahəsində digər bu kimi dəhşətli  və böyük miqyaslı zorakılıqlar gördük. 

Qarşıdan gələn fəlakətlərin qarşısının alınması və onlara cavab verilməsi üçün BMT sisteminin təkmilləşdirilməsi yeni bir təşəbbüsün – İlk Növbədə Hüquqlar naminə Fəaliyyət Planının kökündə durur. Planın məqsədi BMT sistemi və bütün heyət tərəfindən insan hüquqlarının Təşkilatın kollektiv öhdəliklərində mərkəzi yer tutduğunun tanınmasını təmin etməkdir. O hər şeydən əvvəl geniş yayılmış pozuntulara bizim cavabımızı möhkəmləndirməyə, eləcə də hüquqlara əsaslanan erkən xəbərdarlıq və fəaliyyətin vurğulanması vasitəsilə bu cür halların ümumiyyətlə baş verməsinin qarşısını almağa çalışır.

İnsan Hüquqları Günündə mən Dövlətləri Vyana Konfransında verdiyi vədləri həyata keçirməyə çağırıram. Mən BMT Katibliyi, fond və proqramlarını insan hüquqlarının pozulmasında sayıq olmağa və mübarizə göstərməyə öhdəlik götürdüklərini xatırladıram. Son olaraq, vəfatı ilə dünyanı qəhərləndirən dövrümüzün dahi insan hüquqları simvolu kimi tanınan Nelson Mandelanı yad edirəm. Həyatı boyu insan layaqəti, bərabərlik, ədalət və şərəfi naminə etdiyi mübarizəsi bizim hər kəs üçün insan hüquqlarının təminatı fəaliyyətimizdə ilham mənbəyimiz olacaq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər