Modern.az

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı təbrik PAYLAŞIMI

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı təbrik PAYLAŞIMI

20 Sentyabr 2024, 08:13

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu gündə Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

 

Modern.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımında yer alıb.

 

"Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edir, qazilərimizə Allahdan şəfa diləyirik. Yaşasın Azərbaycan!", - paylaşımda deyilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır