Modern.az

Narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik edildi

Narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik edildi

20 Sentyabr 2024, 09:46

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Xətai rayonu Xocalı prospektində nişanlanmalar sürücülərdə narazılıq yaradıb. Belə ki, yolun sol xətti velosiped, sağ xətti isə avtobus üçün ayrılıb. Bu da hərəkətin intensivliyinə təsir göstərib. Bundan başqa, parklanma yerinə keçmək üçün sürücülər məcbur olub avtobus zolağına daxil olmalıdırlar ki, bu da cərimələnmələrə səbəb olurdu.

 

AYNA-dan Modern.az-a bildirilib ki, Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib. Velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır