Cari ilin 25 sentyabr tarixində regionda ilk dəfə Azərbaycanın ev sahibliyi edəcəyi Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçiriləcək.
Modern.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təşkilatçılığı ilə həyata keçirilir.
Konfransın məruzəçiləri və iştirakçıları yerli və xarici yüksək səviyyəli qonaqlar olacaq.