Modern.az

Bəy-gəlin maşını qəzaya düşdü - Ölən var 

Bəy-gəlin maşını qəzaya düşdü - Ölən var 

Hadisə

21 Sentyabr 2024, 20:27

Naxçıvanda ağır yol qəzası olub.

 

Modern.az xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub.

 

Hadisə nəticəsində "VAZ-2106"-nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.

 

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər - Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb.

 

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

 

Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə