İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu Sessiyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olan prezident Məsud Pezeşkianı xarici işlər naziri Abbas Arakçi, xarici işlər nazirinin müavini Məcid Taht Revançi, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani, onun müavini Zəhra İrşədi və digər iranlı diplomatlar qarşılayıblar.
Prezident Pezeşkian Nyu-Yorka səfərinin məqsədlərini mətbuat mənsublarına açıqlayaraq, “biz İran İslam Respublikası adından sülh və təhlükəsizlik mesajını daşıyırıq" deyib.