Modern.az

“Azərbaycan Avropa parlamentində sədrlik edəndə Starsburqa açıq alınla getmək istərdik”

“Azərbaycan Avropa parlamentində sədrlik edəndə Starsburqa açıq alınla getmək istərdik”

Aktual

10 Dekabr 2013, 15:44


Bu gün dünyada Beynəlxalq İnsan Haqları günü kimi qeyd olunur. İnsan haqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş "İnsan hüquqları haqqında ümumi deklarasiya" olub. 1950-ci ildən başlayaraq isə 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.
İnsan hüquqlarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada bu konvensiyaya əsaslanan real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.

Bəs insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət necədir?

Deputat Çingiz Qənizadə Modern.az-a açıqlamasında bildirib ki, dövlət insan və hüquq azadlıqlarının qorunması sahəsində çoxlu sənədlər qəbul edib, beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürüb, müəyyən qruplarla bağlı maarifləndirmə işləri aparılıb, insan hüquqları ilə məşğul olan təşkilatlar, hüquq müdafiəçiləri ilə dövlət arasında bir əməkdaşlıq, iş formatı formalaşıb.  
“Bütün bunlar hamısı deməyə əsas verir ki, ölkədə insan hüquqları və azadlıqlarının qorunması sahəsində fəaliyyət göstərən QHT-lər, hüquq müdafiəçiləri üçün normal şərait yaranıb və hesab edirəm ki, bu əməkdaşlıq davam etdirilməlidir.

Siyasi məhbus məsələsinə gəlincə isə hələlik Avropa özü “siyasi məhbus kimdir” anlamına kifayət qədər qiymət verməyib, buna görə də bu termindən istifadə edilməsinə Azərbaycan qəbul etmir. Mən də belə hesab edirəm ki, müəyyən problemli məhbuslar var ki, onların tutulmasında hansısa bir problemlər, müəyyən şəxsi təsirlər ola bilər. Biz də zaman-zaman bunların müzakirəsi ilə bağlı dövlətlə bir masa arxasında əyləşirik”.

Bu günlə bağlı bütün hüquq müdafiəçilərini təbrik edən hüquq müdafiəçisi Novella Cəfəroğlu insan haqları ilə bağlı Azərbaycanın çox acınacaqlı vəziyyətdə olduğunu bildirib.

“Bu gün məhkəmələr gedir, “Nidaçı”lar, Tofiq Yaqublu, İlqar Məmmədov, bir sıra jurnalistlər, Əli İnsanov, islamçılar və s. həbsdədir. Ona görə bu günü biz özümüz üçün çox ağır gün hesab edirik ki, bu il ərzində onları azadlığa çıxarda bilmədik”.

N. Cəfəroğlu bununla bağlı yaxın zamanda hökumət tərəfindən humanist addımların atılması ümidində olduğunu bildirib. “Kaş elə olsun ki, yeni ildə Azərbaycan Avropa Şurasının parlamentində sədrlik edəndə açıq alınla Starsburqa gedək. Belə addım atılsaydı, çox sevinərdik.

İnsan haqları insanların siyasi, sosial, iqtisadi – bütün hüquqlarının qorunması deməkdir. Bu gün Azərbaycan milləti heç bir hüquqlarından istiafdə edə bilmir. Siyasi hüquq var, söz azadlığı yoxdur, azad toplaşmağa icazə veriləndə polislər ətrafda durur, insanlar qorxu içində qalır ki, tutulacaq”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...