Modern.az

Dünya bazarında qaz bahalaşdı

Dünya bazarında qaz bahalaşdı

23 Sentyabr 2024, 14:34

Dünya bazarında 1000 kubmetr təbii qazın qiyməti 410 dollara yüksəlib.

Modern.az xəbər verir ki,  bu səhər London birjasında 401 dollarla başlayan qiymətlər qısa müddətdə 2 fauiz bahalaşaraq 410 dollara çatıb.

Qeyd edək ki, bu ilin birinci yarısında qiymətlər əsasən stabil olub, birinci rüb üçün orta hesabla təxminən 310 dollar, ikinci rüb üçün isə 355 dollar təşkil edib ki, bu da Avropada qaz böhranının başlandığlı 2021-ci ilin may-iyun aylarının səviyyəsinə uyğundur.

Eyni zamanda, cari ilin fevral ayının sonunda qazın birja qiyməti demək olar ki, son 3  ilk dəfə olaraq qısa müddətə 250 dollardan aşağı düşüb, avqustda isə illik maksimuma 450 dollara çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat