Modern.az

İlham Əliyev Gül bayramında iştirak edib

İlham Əliyev Gül bayramında iştirak edib

Təhsil

10 May 2010, 13:33

Bu gün Bakıda Heydər Əliyev adıba Sarayın qarşısındakı parkda mərhum prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Gül bayramı təşkil edilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da Gül bayramında oliblar.

Dövlət başçısına məlumat verilib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xarici ölkələrdən gətirilmiş gül-çiçəklə bəzədilən parka gəlirlər. Gül bayramında dünyanın bir çox ölkələrindən gətirilmiş müxtəlif güllərdən istifadə olunub.

Prezident İlham Əliyev və xanımı Heydər Əliyevin abidəsini ziyarət ediblər, gül-çiçəyə qərq olmuş parkın gözəlliyi ilə tanış olublar.

Dövlət başçısı və xanımı xatirə şəkli çəkdiriblər.


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi