Modern.az

Bakıda qaçırdıqları maşını Sabirabada aparıb sökdülər

Bakıda qaçırdıqları maşını Sabirabada aparıb sökdülər

Aktual

24 Sentyabr 2024, 11:16

Sentyabrın 22-də paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Modern.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Sabirabad rayonunda S.Bağırovun həyətində sökülmüş vəziyyətdə tapılıb.

S.Bağırov şübhəli şəxs qismində saxlanılıb. 

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar R.Məmmədov və Ş.Hüseynov da müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır