Modern.az

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd olunub

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd olunub

Təhsil

10 May 2010, 14:09

Modern.az xəbər verir ki, Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkili  ilə görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü qeyd edilib.

Qurumun sədri Fazil Həsənov Modern.az-a bildirib ki, tədbirdə əsasən gənclər və ziyalılar, mətbuat nümayəndələri iştirak ediblər: “Öncə Mədəniyyət Mərkəzində Heydər Əliyevin həyatından bəhs edən fotoların və bir neçə plakatların, bədii, sənədli əsərlərin sərgisinə baxış keçirildi. Tədbirdə Kvemo-Kartli (Borçalı) bölgəsinin qubernator müavini Hüseyn Yusifov Heydər Əliyevin böyüklüyündən, onun Gürcüstan azərbaycanlılarının böyük sevgisini və məhəbbətini qazandığından söz açdı. Tədbirdə şair Əlixan Yəhyaoğlu, ziyalı Həsən Əzizov, gənclərdən Lamiyə Piriyeva, Elmira Yusifova və Kəmalə Axundova çıxış edib”.

Tədbirdən sonra anım mərasiminin iştirakçıları Tiflis şəhərində Heydər Əliyevin büstünü ziyarət ediblər. Burada onlara Azərbaycanın millət vəkili Qənirə Paşayeva da qatılıb.

Anım günündə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin əməkdaşı Arif Əliyev çıxış edərək, Heydər Əliyevin Gürcüstanda gürcü və Azərbaycan dostluğunun inkişafı üçün həyata keçirdiyi önəmli tədbirlərdən danışıblar.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi