Modern.az

“Berkut” Kiyev meriyasına hücuma keçib

“Berkut” Kiyev meriyasına hücuma keçib

11 Dekabr 2013, 11:27


Ukrayna daxili qoşunlarının əsgərləri və “Berkut” xüsusi təyinatlıları bu dəqiqələrdə müxalifət tərəfdarlarının zəbt etdikləri Kiyev şəhər administrasiyasına hücuma keçiblər. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, əvvəlcə paytaxt administrasiyasına üç avtobusla güc strukturlarının əməkdaşları yaxınlaşıblar. Onlar binanın girişini bağladıqdan sonra kaska və bronojiletlilər içəri giriblər. Verilən məlumata görə, bu gün səhər binada müxalifətin 200-ə qədər tərəfdarı olub. Dünən gecə “Berkut”un döyüşçüləri binaya girməyə cəhd etsələr də, amma etiraz edənlər mövqelərini qoruyub saxlaya biliblər. Onlar pəncərələri açaraq binanın daxilindəki yanğın şlanqı ilə üstlərinə su töküblər. 

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı