Modern.az

Türkiyədə Baykal şoku: CHP başqanı istefa verdi

Türkiyədə Baykal şoku: CHP başqanı istefa verdi

Təhsil

10 May 2010, 16:03

Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykalla bağlı internet saytlarında yerləşdirilən və ölkə siyasətində ciddi reaksiya doğuran seks kaseti qalmaqalı istefaya səbəb oldu.

Modern.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, CHP başqanı az öncə özünün sədrlikdən istefa qərarını açıqladı.

Xatırladaq ki, bir neçə gündür Türküyədə CHP lideri Dəniz Baykal və CHP Ankara millət vəkili Nəsrin Baytoka aid olduğu irəli sürülən porno kaset internetdə yayılıb.

Millət vəkili Nesrin Baytok bunu ona qarşı çirkin kampaniya adlandırıb.

Bu günkü mətbuat konfransında Dəniz Baykal seks kasetinin ona qarşı böhtan və iftira olduğunu bildirib. O, baş verənlərdə hakimiyyəti günahlandırıb.

Dəniz Baykal deyib ki, bu əxlaqsız kampaniya son iki həftə içində təşkil edilib. CHP lideri iddia edir ki, ana müxalifət liderinə istiqamətli bu qədər kobud əxlaqsızlıq, bu günlərdə iqtidarın təsdiqi olmadan reallaşdırıla bilməz.  

“Bu hüquqsuz və əxlaqsız sui-qəsd səbəbiylə kimsənin məni sorğulamasına icazə verməyəcəyəm. CHP başqanlığından istefa verirəm. Bunun hədəfi yalnız mən deyil CHP-dir

. Mənim istefam meydandan qaçmaq kimi yox, meydan oxumaq kimi qiymətləndirilməlidir. Ona görə də CHP genəl başqanı vəzifəsindən istefa verirəm. Mən haqqımı Sizə halal edirəm, Siz də halal edin!

”-deyə D.Baykal bildirib.

 

Porno kaset skandalının partiyaya qarşı yönəldiyini vurğulayan Dəniz Baykal indiki vaxtda üzərinə düşən işin istefa vermək olduğunu bəyan edib. Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin “Vakit” qəzetinin internet saytında bir pornovideo yayımlanıb. Qəzet kasetdə görüntüsü olan iki nəfərin CHP lideri Dəniz Baykal və bu partiyanın Ankaradan olan millət vəkili Nəsrin Baytok olduğunu iddia edib. İddiaya görə, 2007-ci ilin parlament seçkiləri ərəfəsində Nəsrin Baytokun həyat yoldaşı Can Baytok Dəniz Baykaldan o vaxta qədər CHP liderinin icra aparatının rəhbəri olan xanımını deputat etməyi xahiş edib, bunun üçün hətta onların intim münasibətdə olmasına belə razılaşıb. Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi