Modern.az

İki şəhidimiz dəfn ediləcək - FOTO

İki şəhidimiz dəfn ediləcək - FOTO

25 Sentyabr 2024, 09:50

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

 

Dəfn olunacaq şəhidlərdən biri hərbçi Alıyev Vaqif Sərdar oğlu, digəri isə mülki şəxs Quliyev Mirzəli Müslət oğludur.

 

Sentyabrın 26-sı V.Alıyev Gəncə şəhəri Şəhidlər Xiyabanında, M.Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndinin Şəhidlər Xiyabanında dəfn olunacaqlar.

 

1382470

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə