Modern.az

“Madrid sənədi kompromis qərara gəlmək üçün əsas olacaq”

“Madrid sənədi kompromis qərara gəlmək üçün əsas olacaq”

Təhsil

10 May 2010, 16:38

Mayın 13-14-də Çexiya baş nazirinin müavini, bu ölkənin xarici işlər naziri Yan Koxoutun Azərbaycana səfəri gözlənilir. Modern.az xəbər verir ki, Y.Kohout səfər ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini açıqlayıb. “Ümid edirəm ki, yanvarın axırlarında Soçidə keçirilmiş görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim edilmiş, yeniləşdirilmiş Madrid sənədi kompromis qərara gəlmək üçün əsas olacaqdır”,-deyə XİN başçısı bildirib. Onun  sözlərinə görə, Ermənistan - Azərbaycan münaqişəsinin dinc yolla tənzimlənməsinin yeganə yolu Minsk qrupu tərəfindən təsbit edilmiş və yeniləşdirilmiş Madrid prinsiplərində ifadə olunmuş prinsiplər əsasında birbaşa danışıqlar aparmaqdan ibarətdir.

Koxout əlavə olaraq bildirib: “Biz Azərbaycan prezidenti İlham Əliyev ilə onun erməni həmkarı arasında dialoqun fəallaşmasını alqışlayırıq. Avropa İttifaqı bu yolla irəliləmək məsələsində bundan sonra da hər iki tərəfi dəstəkləyəcəkdir, çünki bu sahədə irəliləyiş regionda təhlükəsizliyin möhkəmlənməsinə və onun tərəqqisinə müsbət təsir göstərəcəkdir”.

Kohout Avropa Birliyinin nizamlama prosesindəki roluna toxunub.    

“Avropa İttifaqı məhz bu məqsədlə keçən il Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı faydalı, o cümlədən gələcəyə inamla baxmağa imkan verən əməkdaşlıq üçün daha bir platforma kimi “Şərq tərəfdaşlığı” layihəsini təklif edib”,-deyə Çexiyanın XİN başçısı bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi