Modern.az Türkiyənin ana müxalifət partiyasının liderliyindən istefa verən tanınmış siyasətçi Dəniz Baykalın həyat heyətini təqdim edir.
1938-ci ildə Türkiyənin Antalya bölgəsində doğulub. Cümhuriyyət Xalq Partiyasının (CHP) ikinci qurucusudur. CHP sədri olaraq 5 dəfə seçkilərdə baş nazirliyə namizədliyini irəli sürsə də, baş nazir postunu tuta bilməyib.
1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib. 1960-cı ildə Ankara Universiteti Siyasi məlumatlar fakültəsinə assistent olaraq daxil olub. 1963-cü ildə həkimlik işlərini bitirdikdən sonra iki il ABŞ-da fəaliyyətini davam etdirib. Daha sonra Kolumbiya və Berkeley universitetlərində çalışıb. Siyasətə 1960-cı illərdə Demokrat Partiyası iqtidarına qarşı inkişaf edən gənclər hərəkatına qatılmaqla gələn Baykal 1973-cü ilin oktyabrında ümumi seçkilərdə CHP-dən Antalya millət vəkili seçilib. Bu illərdə o, maliyyə naziri, enerji və təbii qaynaqlar naziri vəzifəsində çalışıb. 1987-ci ilin sentyabrda ümumi seçkilərdə Antaliya millət vəkili seçilib. Dəniz Baykal Antalya millət vəkili olaraq Türkiyəni Avropa Birliyi Qarışıq Parlementlərarası Komitəsində təmsil edib.
Sonra Avropa Şurası Parlement Assambleyası üzvlüyünə seçilib. Türkiyə Böyük Millət Məclisi Xarici işlər komissiyasına üzv olub.
1992-ci il 9 sentyabrda keçirilən CHP Qurultayında partiya sədri seçilib.
Atatürk və İnönündən sonra Baykal da eynilə onlar kimi 54 yaşında CHP sədri olub.
1995-ci il 30 oktyabr tarixində qurulan DYP-CHP koalisiya hökumətində baş nazir köməkçisi və xarici işlər naziri vəzifələrində çalışıb. 1995-ci il 24 dekabr parlament seçkilərində yenidən Antalyadan millət vəkili seçilib. Bununla da xarici işlər nazirliyi və baş nazir köməkçisi vəzifələrindən çıxıb.
1999-cu il 18 aprel seçkilərində Cümhuriyyət Xalq Partiyası və Dəniz Baykal ilk dəfə olaraq seçki nəticələriylə parlament xaricində qalıblar.
2000-ci il 30 sentyabrda Ankarada toplanan Cümhuriyyət Xalq Partiyasının Fövqəladə Qurultayında yenidən seçilərək üçüncü dəfə CHP başqanı olub.
Pornokaset skandalından sonra-2010-cu ilin 10 mayında CHP-nin başkanlığından istefa verdi.