Modern.az

Baykalı kim əvəzləyəcək?

Baykalı kim əvəzləyəcək?

Təhsil

10 May 2010, 17:55

Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal bu gün istefa verdi. Onun kim tərəfindən əvəzlənəcəyi maraqlıdır.

Modern.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, CHP-nin yeni başkanı mayın 22-23-də keçiriləcək partiyanın qurultayında məlum olacaq.

CHP-dən verilən məlumata görə, qurultaya qədər başkan vəzifəsini onun müavini Qürur Öymen icra edəcək.

Bu sırada Öymen Baykalın istefasının ardından etdiyi ilk şərhdə "Baykal hələ son sözünü söyləməyib. Deyəcəyi çox məsələlər var. CHP Baykala sahib çıxacaq”- deyə, bildirib.

CHP-nin sabiq lıderi Dəniz Baykal isə istefa qərarından sonra Beysukəntdəki Angora evlərindəki iqamətgahına gedib.

Deniz Baykalın istefasına AKP rəhbərliyinin münasibət bildirəcəyi gözlənilir. Ancaq, şərhin partiya rəhbərliyindənmi, yoxsa iqtidar qanadından gələcəyi hələ dəqiqləşməyib.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi