Modern.az

Davudoğlu Yerevanda otelə arxa qapıdan girib

Davudoğlu Yerevanda otelə arxa qapıdan girib

Dünya

12 Dekabr 2013, 12:12


Bu gün səhər Yerevandakı “Ermənistan-mariot” otelinin qarşısına yığışan Daşnaksütyun Partiyasının gənclər ittifaqının, “Hikol Aqbalyan” tələbə ittifaqının və digər gənclər təşkilatlarının üzvləri Türkiyənin xarici işlər nazirinin Ermənistana səfərinə etiraz ediblər.

Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, etiraz edənlər Davudoğlunu görə bilməyiblər. Buna səbəb Türkiyənin xarici işlər nazirinin otelə arxa qapıdan girməsi göstərilib. Bundan xəbər tutan etirazçılar otelə daxil olmağa cəhd etsələr də, buna nail ola bilməyiblər.

Modern.az 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir