Modern.az

Təhsil sektoruna yeni müdir təyin edildi

Təhsil sektoruna yeni müdir təyin edildi

Təhsil

1 Oktyabr 2024, 00:20

Masallı rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə yeni təyinat olub. 

 

Modern.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu vəzifəyə Lənkəran rayonunun Boladi kəndində anadan olan Elman Rzayev təyin edilib.

 

Qeyd edək ki, Elman Rzayev 1999-cu ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1999-cu ildən Boladi kənd 2 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 2002-2010-cu illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib. 2010-2022-ci illərdə Boladi kənd 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 2022-ci ildən hazırki təyinatadək Lənkəran rayonu üzrə təhsil sektorunum müdiri vəzifəsində çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə