Modern.az

Qırğızıstan Latviyadan Bakiyevin oğlunu tələb edir

Qırğızıstan Latviyadan Bakiyevin oğlunu tələb edir

11 May 2010, 10:01

Qırğızıstanın müvəqqəti hökuməti keçmiş prezident Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyevin həbs olunması xahişi ilə Latviya hökumət orqanlarına müraciət edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  Maksim Bakiyev hazırda Baltikyanı ölkə ərazisindədir. Bu barədə Latviya Baş Prokurorluğunun rəsmi nümayəndəsi Andreys Vasks bildirib. Onun sözlərinə görə, müvəqqəti hökumət Latviya Baş Prokurorluğuna  Maksim Bakiyevin müvəqqəti həbsinə dair sənədlər paketi göndərib.  Baş Prokurorluq müvəqqəti hökumətin göndərdiyi məlumatların qaranlıq və ziddiyətli olmasını əsas gətirərək  təcili qaydada yeni hökumətdən Maksim Bakiyevə dair ətraflı məlumat göndərilməsini istəyib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?