Modern.az

Qeyri-leqal mühacirlər 10 il Rusiyaya buraxılmaya bilər

Qeyri-leqal mühacirlər 10 il Rusiyaya buraxılmaya bilər

12 Dekabr 2013, 17:08

Rusiya prezidenti Vladimir Putin əcnəbi vətəndaşların ölkəyə gəlməsinə nəzarətin gücləndirilməsini təklif edib. Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, bu gün Federal Məclisdəki müraciətində deyib: “Dövlət bilməlidir ki, əcnəbi nə üçün və hansı müddətə gəlib. Vizasız gəlib uzun müddət ölkədə qalan əcnəbilərlə bağlı məsələni həll etmək lazımdır”.

Onun fikrincə, qaydaları pozan əcnəbilərin Rusiyada qalmaq müddəti məhdudlaşdırılmalı, belələrinin Rusiyaya gəlməsi qadağan olunmalıdır. Qayda pozuntusunun ağırlığından asılı olaraq məhdudiyyət 3 ildən 10 ilə qədər ola bilər”.

Putin əmindir ki, belə tədbirlər “gizlı” iqtisadiyyatla, eləcə də kriminal fəaliyyətlə məşğul olan əcnəbi vətəndaşlar üçün əlavə maneələr yaradacaq.

Modern.az    

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir