Modern.az

Heydər Əliyev və “91-lər” hərəkatı - FOTO

Heydər Əliyev və “91-lər” hərəkatı - FOTO

Aktual

13 Dekabr 2013, 11:29

“91-lər” ziyalı hərəkatının üzvü

“91-lər” Azərbaycanın müstəqillik tarixində, ən yeni tarixində ilk ziyalı hərəkatıdır.  
Bu hərəkatın məramı, məqsədi milyonlarla vətəndaşın Heydər Əliyevə olan ümumxalq etimadını və seçimini siyasi-ictimai cəhətdən təşkil etməkdən; onların Heydər Əliyevlə bağlı siyasi istək və arzularını, azad seçim hüquqlarını bərpa etməkdən; Azərbaycanın siyasi proseslərində Heydər Əliyevlə bağlı ümumxalq maraqlarına və milli mənafeyə dayaqlanan demokratik mühiti və demokratik siyasi  ənənələri yaratmaqdan; xalqla Heydər Əliyev birliyinin demokratikliyini və sarsılmazlığını, bu birliyin xalqın milli iradəsinə əsaslandığını bəyan etməkdən ibarət olmuşdur.

“91-lər” Azərbaycanın müstəqillik tarixində, ən yeni tarixində ilk ziyalı hərəkatıdır.  Bu hərəkatın məramı, məqsədi milyonlarla vətəndaşın Heydər Əliyevə olan ümumxalq etimadını və seçimini siyasi-ictimai cəhətdən təşkil etməkdən; onların Heydər Əliyevlə bağlı siyasi istək və arzularını, azad seçim hüquqlarını bərpa etməkdən; Azərbaycanın siyasi proseslərində Heydər Əliyevlə bağlı ümumxalq maraqlarına və milli mənafeyə dayaqlanan demokratik mühiti və demokratik siyasi  ənənələri yaratmaqdan; xalqla Heydər Əliyev birliyinin demokratikliyini və sarsılmazlığını, bu birliyin xalqın milli iradəsinə əsaslandığını bəyan etməkdən ibarət olmuşdur.

Bu hərəkatın məqsəd və məramı XALQ-HEYDƏR BİRLİYİNİN tarixi, milli, siyasi həqiqət və sosial sifariş olduğunu geniş ictimai fikrə və sosial-siyasi rəyə daxil etməkdən, əsaslandırmaqdan ibarət idi.


Heydər Əliyevə xalqımız həmişə yüksək ehtiramla yanaşmış, milli oyanış proseslərindəki, ölkəmizin demokratik, iqtisadi, sosial, mədəni inkişafındakı misilsiz xidmətlərinə hər zaman layiqli qiymət vermişdir. Xalq özünün milli, siyasi lideri ilə həmişə bir yerdə olmuş, onu həmişə dəstəkləmişdir. Azərbaycan xalqının tarixində, keçmişində, bu günündə və gələcəyində, Azərbaycan xalqının qəlbində və yaddaşında bu dahi şəxsiyyətin, müasirliyin bu böyük siyasət və dövlət xadiminin əbədi heykəli ucalmışdır.

Amma siyasətin qəfil və gözlənilməz döngələri, çıxışı görünməyən əyri-üyrü  dalanları, siyasi çılızların nəhənglərə ədalətsiz hücumları da olur. Etiraf edək ki, Heydər Əliyevə qarşı təkcə SSRİ başçısı M.Qorbaçovun ermənipərəst komandası tərəfindən yox, elə öz respublikamızda da anti-təbliğat kampaniyası, siyasi və mənəvi repressiyalar həyata keçirilirdi. M.Qorbaçov hakimiyyətə gələndən sonra, onu xüsusi tapşırığı ilə Azərbaycanda da Heydər Əliyevi xalqın yaddaşından silmək, Heydər Əliyevə mənfi rəy və münasibət formalaşdırmaq üçün xüsusi planlar, tədbirlər görülürdü. Heydər Əliyev mümkün qədər xalqa, Azərbaycana zidd olan şəxsiyyət kimi təbliğ edilir, ona qeyri-ciddi yanaşmalar baş alıb gedirdi. Bu qərəzli, anti-milli, qeyri-etik, qeyri-demokratik və anti-humanist siyasətin arxasında dayananlar, onu həyata keçirənlər, dəstələyənlər və təbliğ edənlər isə Heydər Əliyevin vaxtilə idarəçilikdə pillə-piilə ucaltdığı, məmur “nərdivanında” əlindən tutub yuxarı qaldırdığı, bir kadr kmi yetişməsi üçün əlindən gələni əsirgəmədiyi, oxumağa, işləməyə göndərdiyi insanlar idi.

Siyasi və mənəvi cəhətdən belə anti-demokratik, qanunuzidd və qeyri-obyektiv, belə  təhdidedici, təhqiredici, təqibedici repressiv situasiyalarda elm, mədəniyyət, ictimai xadimlərin, ziyalıların, mətbuatın ağıllı, əsaslanmış və haqlı dəstəyi çox lazım idi. Ən azı ona görə ki, Heydər Əliyevin Kremldəki siyasi və milli düşmənləri də, “sapı özümüdən baltalar” da aydın görməli və dərk etməli idilər ki, onların qərəzli, əxlaqsız, mənəviyyatsız, qeyri-humanist, səhv siyasi kampaniyalarına qarşı Azərbaycanda çox ciddi ümumxalq hərəkatı, siyasi təpki, ziyalı etirazları yaşanır. Azərbaycan xalqına qarşı birşəşmiş bu qaragüruhçu dəstələrə göstərmək lazım idi ki, Heydər Əliyevi xalqımız yenə də sevir, qiymətləndirir, dəstəkləyir və həmişə onun yanındadır. Belə məqsəd və məram ziyalıların siyasi hərəkatının yaranmasına səbəb oldu.

1990-1993-cü illərdə Azərbaycanda siyasi, iqtisadi, sosial vəziyyət düşündüyümüzdən də ağır, açınacaqlı, faciəli idi. Respublikada ayrı-ayrı siyasi qurplaşmaların hakimiyyət davasi bütün sahələri iflic vəziyyətə salmışdı, sabtlik yox idi. Mənəvi dəyərlər də, mədəniyyət, elm və təhsil də tamamilə yaddan çıxmışdı, insanları nə olur-olsun sabaha “çıxa bilmək” durumuna salmışdılar. Cəmiyyətdə hakimiyyətə qarşı, Kremlin anti-milli canişinlərinə qarşı kütləvi inamsızlıq, etimadsızlıq yaranmışdı. Respublika günbəgün vətəndaş müharibəsinə sürüklənidri. Belə vəziyyətdən sui-istifadə edən xarici ölkələrin casus şəbəkələri ermənilərlə və  daxili pozucu qüvvələrlə əlbir olub, Azərbaycan ərazisində respublikalar yaratmaq planını həyata keçirirdi. Atrıq bu respublikaların xəritəsi də hazırlanmışdı. Azərbaycan nəinki müstəqil dövlət kimi,  bir respublika kimi də dünya siyasi xəritəsindən, tarixdən silinmək üzrə idi. Belə bir vaxtda xalqın yeganə ümidi, inamı, xilası, etimadı Heydər Əliyevə yönəlmişdi.

Amma Heydər Əliyevin Naxçıvandan çıxıb respublika səviyyəsində siyasi proseslərə qatılmasına, xalqın dəstəyi ilə hakimiyyətə gəlməsinə  müxtəlif bəhanələrlə, qadağalarla əngəllər, maneələr yaradılırdı. Hətta Naxçıvanla telefon əlaqələri qəsdən kəsilmişdi. Naxçıvanla telefon danışıqları izlənilir, Heydər Əliyevlə əlaqə saxlaya bilənlərə qarşı hər cür qanunsuz əməllər törədilirdi.

Xalqın Heydər Əliyevə siyasi dəstəyi, siyasi etimadı təşkilatlanmalı, Heydər Əliyevi siyasətçi, lider kimi dəstəkləyən siyasi çoxluğun partiyası yaradılmalı, Heydər Əliyev bu partiyanın sədri, lideri olmalı idi. Zamanın, dövrün, ictimaiyyətin, geniş xalq kütlələrinin arzu-istəyi, tələbi, sosial sifarişi belə idi.

Xalq Heydər Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyini siyasi cəhətdən  təşkilatlandırmaq, liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini  qanuniləşdirmək istəyirdi. Belə də olmalı idi. Heydər Əliyevin demokratikliyi, dövlətçilik təcrübəsi qanunların və xalqın rəyindən, millətin tələb və istəyindən, sosial sifarişdən kənar hər hansı mübarizə metodunu qəbul edə bilməzdi. Elə bu proseslər zəminində, xalqın arzu və istəyini əks etdirən müraciət hazırlandı. Ziyalılar müraciətdə Heydər Əliyevdən siyasi partiya yaradılmasını və bu partiyaya sədrlik etməsini xahiş edirdilər, bu xahişin xalqın istəyini, milli iradəsini ifadə etdiyini vurğulayırdılar. Müraciətdə deyilirdi ki, Heydər Əliyev bu ümumxalq  istəyinə razılıq verərsə, Azərbaycanın da xilası, bütün sahələrdə inkişafı, dövlətin möhkəmlənməsi reallaşa bilər.

Bu müraciət tarixə “91-lərin Heydər Əliyevə müraciəti” kimi yazıldı.

Xalq arasında ən çox gözlənilən isə Heydər Əliyevin cavabı idi. Heydər Əliyev Azərbaycanın millətinin və dövlətinin xilası, yaşaması, inkişafı və gələcəyi naminə xalqın gözlədiyi bu cavabı verdi, onun ziyalılara cavabı mətbuatda dərc olundu.

Heydər Əliyevin ziyalalar cavabı, əslində müstəqil dövlət quruculuğunun proqramı idi.

Maraqlıdır ki, bu cavabında Heydər Əliyev Azərbaycanın müstəqil dövlət qurucuğu vəzifələrini konkret olaraq hər sahə üzrə göstərmiş, daxili və xarici siyasət, istisadi və sosial islahatlar, Qarabağ problemi, siyasi sabitlik, elm, mədəniyyət və təhsilin inkişafı, Azərbaycanın mövqelərinin beynəlxalq miyasda möhkəmlənməsi sahələrində qarşıda dayanan vəzifələri ayrı-ayrı bəndlərdə bir-bir yazmış, onları əsaslandırmış, təhlil etmişdir.

Cavabın mətnini oxuyanda, bu siyasət dahisinin Azərbaycanda dövlət quruculuğunun istiamətlərini, inkişaf perspektivlərini hələ neçə il əvvəl bütün dəqiqliyi ilə təhlil edə bilməsinə, bu yolları göstərə bilməsinə, onun güclü uzaqgörən, strateq siyasətçi təfəkkürünə və təcrübəsinə heyrət edirsən. 

Heydər Əliyevin ziyalılar cavabı mahiyyətcə onun dövlətçilik, xilas, quruculuq, islahat və inkişaf platforması idi.

Azərbaycanın müstəqil dövlət quruculuğuna, siyasi sabitliyin bərqərar olmasına və davamlı inkişafa aid Heydər Əliyevin yazdığı bu ilk siyasi-proqram sənədi sonrakı illərdə Heydər Əliyevin siyasi rəhbərliyində tam və uğurla həyata keçdi.

Heydər Əliyev sonrakı illərdə də ziyalılarla ünsiyyətdə oldu, mütəmadi görüşdü, onları dinlədi, etimad göstərdi, onların əməyinə və xidmətlərinə dövlət  səviyyəsində qiymət verdi.

Yeni Azərbaycan Partiyasının bütün qurultaylarında, təbirlərində məruzə edən Heydər Əliyev hər dəfə 91-lər hətəkatını da yüksək qiymətləndirdi, hər dəfə bu ziyalıları Azərbaycanın dəyərli, cəsur insanları adlandırdı, hər dəfə onlara böyük hörmətlə yanaşdığını bəyan elədi. Bu gün Heydər Əliyevin məruzə və çıxışları, ziyalılar haqqında bəyan elədiyi o səmimi ürək sözləri, verdiyi o yüksək qiymət siyasi və tarixi reallığımızın əbədiyaşar sənədləridir.

Ulu Öndərin siyasi fəaliyyətində işitirak etməyimizlə, Ulu Öndərin 91-lərə yüksək qiyməti, qayğısı, obyektiv və ədalətli münasibəti, hörməti və etimadı ilə həmişə fəxr edirik. 

Fəxr edirik ki, 91-lərin adı siyasi məqalələrə, monoqrafiyalara, Heydər Əliyev haqqında kitablara, orta məktəbin tarix dərsliklərinə salınmışdır.

Fəxr edirik ki, Heydər Əliyev yoluna – Azərbaycanımızın azadlığı, dövlətçiliyi, möhkəmlənməsi, inkişafı, qələbələri yoluna sədaqətlə xidmət edənlərdən biri də biz ziyalılarıq.

Yüksək ziyalılıq, yüksək vətəndaşlıq Heydər Əliyevin nəcib, humanist xislətində, amalında, əməlində, mövqeyində, sözündə və işində, xalqa və dövlətə xitmətində, azərbaycançılıq ideyasında idi.

Heydər Əliyev Azərbaycanın ən böyük, ən nümunəvi millət ziyalısı, ən böyük Azərbaycan vətəndaşıdır.                

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!