Modern.az

Paraşütçü uçuş zamanı ÖLÜB

Paraşütçü uçuş zamanı ÖLÜB

Hadisə

7 Oktyabr 2024, 09:08

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə