Modern.az

Yanukoviç keçmiş prezidentin təşkil etdiyi dəyirmi masaya gələcək

Yanukoviç keçmiş prezidentin təşkil etdiyi dəyirmi masaya gələcək

13 Dekabr 2013, 15:02


Ukrayna prezidenti Viktor Yanukoviç bu gün keçiriləcək “Ukraynanı birləşdirək” adlı ümummilli dəyirmi masada iştirak edəcək. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu tədbiri keçmiş dövlət başçısı Leonid Kravçuk təşkil edib. Dəyirmi masa Ukrayna vaxtı ilə saat 14:00-da “Ukrayna” sarayında keçiriləcək və burada ölkənin gələcək taleyi müzakirə olunacaq.

Bundan əvvəlki dəyirmi masa dekabrın 11-də keçirilib. orada Ukraynanın ikinci prezidenti Leonid Kuçma, Ali radanın sədri Vladimir Rıbak, ədliyyə naziri Yelena Lukaş, baş nazirin müavini Aleksandr Vilkul, səhiyyə naziri Raisa Boqatıryova, Regionlar Partiyasının fraksiya lideri Aleksandr Yefremov, parlamentin keçmiş sədri Vladimir Litvin və başqaları iştirak ediblər. Həmin tədbirdə Yanukoviç müxalifəti danışıqlara çağırmışdı. Amma onlar tələbləri yerinə yetirilməyənə qədər hakimiyyətlə danışıqlardan imtina ediblər. 


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir