Modern.az

Tələbə yataqxanaları ilə bağlı sənəd imzalandı

Tələbə yataqxanaları ilə bağlı sənəd imzalandı

8 Oktyabr 2024, 18:30

bp şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırma sənədinin hazırlanmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

 

Modern.az xəbər verir ki, memorandum Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “British Petroleum”un Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli tərəfindən imzalanıb.

 

Qeyd edək ki, memorandum Təhsilin İnkişafı Forumu çərçivəsində baş tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır