Modern.az

İranın xarici işlər naziri Səudiyyə Ərəbistanına gedir

İranın xarici işlər naziri Səudiyyə Ərəbistanına gedir

Dünya

9 Oktyabr 2024, 11:32

İranın xarici işlər naziri Abbas Araqçi bölgədəki hadisələri müzakirə etmək üçün bu gün Səudiyyə Ərəbistanına səfər edəcək.

Modern.az xəbər verir ki, Abbas Araqçi səudiyyəli həmkarı ilə siyasi, iqtisadi, mədəni və sosial sahələrdə danışıqlar aparacaq. Səfərdə məqsəd ikitərəfli əlaqələri gücləndirmək və inkişaf etdirməkdir.

Nazir jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bu səfər həm də regionda baş verənləri müzakirə etmək, İsrailin Qəzza və Livandakı qətllərini dayandırmağa çalışmaq üçündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı